Lent.az-ın Qol.az-a istinadən verdiyi xəbərə görə, hər iki komandanın ilk matçı eyni günə və eyni məkana təsadüf etdiyindən qitənin ali futbol qurumu komandalarımızdan birinin ilk oyununun yerini dəyişdirib.
UEFA qərarına görə, "Neftçi" ilk oyununu səfərdə, "Qarabağ" isə püşkün nəticəsinə uyğun olaraq evdə keçirəcək.
Xatırladaq ki, püşkün nəticəsinə əsasən, “Qarabağ” Hollandiyanın “Tvente”, “Neftçi” isə Serbiyanın “Partizan” komandası ilə qarşılaşacaq.