Avrokubokların III təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın klublar üçün yeni reytinq cədvəli açıqlanıb. Apasport.az saytının xəbərinə görə, bu həftə baş tutan 44 qarşılaşma müəyyən dəyişikliklərə səbəb olub.
Bu siyahıda yer alan Azərbaycanın 7 komandası da xal hesabını artırıb.
Avropa Liqasının III təsnifat mərhələsinin Gürcüstandakı cavab oyununda “Çixura”nı 3:2 hesabı ilə məğlub edən “Neftçi”nin qələbəsi bütün komandalarımızın xal hesabını zənginləşdirib.
Paytaxt təmsilçisinin özü isə daha çox qazanıb. 10 pillə irəliləyən bakılılar 8,700 xalla artıq 171-ci yerdə qərarlaşıb.
“Ağ-qaralar”dan 1 xal geri qalan “Qarabağ” 1 addım geriləyib və 192-ci yerdədir. Digər klublarımızdan "İnter" 4,700 xalla 267-ci, "Xəzər Lənkəran" 3,950 xalla 299-cu, "Bakı" 2,950 xalla 347-ci, "Qəbələ" və AZAL isə hərəyə 2,400 xalla 373-cü yerə şəriklər
arasındadı.
Qeyd edək ki, 454 komandanın yer aldığı siyahıya İspaniya “Real”ı başçılıq edir - 143,357 xal.

“Neftçi” reytinq siyahısında irəliləyib
Oxşar yazılar

"Real" ən bahalı futbolçunu alır - Vinisiusu o əvəzləyəcək
26 iyul 2025 , 17:58
"Barselona" futbolçulara şənlik etməyi qadağan etdi
26 iyul 2025 , 15:09
Azərbaycan klubu bütün futbolçuları ilə vidalaşdı
26 iyul 2025 , 13:16
"Real" Vinisiusu satacaq - SƏBƏB
26 iyul 2025 , 13:01
MLS Messini cəzalandırdı
26 iyul 2025 , 09:41
Gündə yeddi min addım atmaq həyatınızı dəyişə bilər
26 iyul 2025 , 04:31
Azərbaycan paralimpiyaçıları İstanbulda 4 medal qazandılar
26 iyul 2025 , 00:14