“Neftçi” Polşa çempionatının bombardirinə elçi düşdü
22 iyun 2013 15:08 (UTC +04:00)

“Neftçi” Polşa çempionatının bombardirinə elçi düşdü

“Neftçi” klubu Polşanın “Podbeskidze” komandasının futbolçusu Robert Demyanı transfer etmək istəyir. Lent. az-ın məlumatına görə, bu barədə yerli “Fakt” nəşrinə slovakiyalı mərkəz hücumçusunun meneceri Mixal Holeşçak açıqlama verib.

 

O bildirib ki, “ağ-qaralar” 31 yaşlı forvard üçün çox yaxşı maliyyə şərtləri təklif ediblər. Demyanla Polşanın daha iddialı klublarından əlavə, Ukraynanın “Qoverla”, Yunanıstanın PAOK və “Olimpiakos”, Almaniyanın “Dinamo” (Drezden) komandaları da maraqlanır. Hücumçunun hazırkı klubu ilə anlaşması iyunun sonlarında başa çatacaq. Menecerinin sözlərinə görə, Demyan özünü Polşa çempionatında yaxşı hiss edir və karyerasını elə Ekstraklass Liqasında davam etdirməsi tam mümkündür.

 

Qeyd edək ki, Robert Demyan ötən mövsüm 14 qolla Polşa çempionatının bombardiri olub. “Neftçi” ilə yeni müqavilə məsələsində razılığa gələ bilməyən Nikolas Kanales isə Topaz Premyer Liqasında 26 qola imza atıb. “Ağ-qaralar” “qızıl dubl” etdikləri halda, Demyanın klubu “Podbeskidze” 32 xalla 16 komanda arasında 14-cü olub. Flaqman məhz Kanalesin yerinə yeni mərkəz hücumçusu axtarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854
avatar

Oxşar yazılar