“Neftçi” Platyeni alır
21 iyun 2013 13:01 (UTC +04:00)

“Neftçi” Platyeni alır

Nikolas Kanalesi heyətində saxlaya bilməyən “Neftçi” yeni hücumçu axtarışlarına çıxıb. Lent.az-ın “De Telegraaf”a istinadən verdiyi məlumata görə, “ağ-qaralar” Hollandiya “Neymegen”inin forvardı Melvin Platyenin xidmətində maraqlıdır.

 

Agenti Vinni Hatrext bildirib ki, Platye hazırkı klubundan cavab gözləyir. “Neymegen” onun ultimatumuna iyunun 21-də yerli vaxtla saat 12:00-dək (Bakı vaxtı ilə saat 15:00) cavab verməsə, “Neftçi”yə keçid gerçəkləşəcək.

 

Qeyd edək ki, Melvin Platyenin “Neymegen”lə 2014-cü ilin yayınadək müqaviləsi var. O, komandanın baş məşqçisi Aleks Pastorla yola getmir. Hazırda 25 yaşında olan Platye 2011-ci ilədək Hollandiya “Volendam”ında çıxış edib. Son 2 mövsümdə isə o, “Neymegen”in heyətində 52 oyuna 13 qol vurub.

# 1145
avatar

Oxşar yazılar

La Liqa klubları "Liverpul"un oyunçusunu almaq üçün yarışa başladı

La Liqa klubları "Liverpul"un oyunçusunu almaq üçün yarışa başladı

18 may 2024 , 15:38
"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

18 may 2024 , 12:57
Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

18 may 2024 , 09:57
“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25