“Neftçi” III mərhələdə?
08 iyul 2014 11:29 (UTC +04:00)

“Neftçi” III mərhələdə?

 “Neftçi” Avropa Liqasında mübarizəyə III mərhələdən başlaya bilər. Apasport.az xəbər verir ki, buna səbəb “Çelik” (Monteneqro) - "Koper" (Sloveniya) matçının nəticəsinin şübhəli sayılmasıdı.

 

II təsnifat mərhələsinin ilk oyununda sloveniyalılar səfərdə 5:0 hesablı qələbə qazanıb.  Qitə futbol qurumu UEFA isə qarşılaşmanın danışılmış olmasından şübhələndiyindən araşdırmalara başlayıb.

 

Şübhələrə əsas yaradan “Koper”in rəqibin qapısına asanlıqla 5 cavabsız qol vurmasıdı. Həmçinin, buraxılan ilk qolda “Çelik”in qapıçısının hərəkətləri diqqət çəkib.

 

Fakt təsdiqlənərsə, hər iki klub cəzalanacaq.

 

“Çelik” (Monteneqro) - "Koper" (Sloveniya) cütünün qalibi isə II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşmalıdı. Əgər UEFA hər iki komandanı cəzalandırarsa, onda “Neftçi” mübarizəyə avtomatik olaraq, III mərhələdən başlayacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1208

Oxşar yazılar