“Neftçi” futbolçunu döyən direktorun istefasını qəbul etdi
29 may 2013 15:13 (UTC +04:00)

“Neftçi” futbolçunu döyən direktorun istefasını qəbul etdi

“Neftçi” futbol klubunun idman direktoru Güloğlan Cabbarov istefa verib. Bu haqda Lent.az-a Cabbarovun özü açıqlama verib.

 

O, futboldan bezməsini səbəb göstərib: “Azərbaycan Kubokunun finalında əsl Avropa səviyyəli oyun oldu. Oyun, azarkeşlər, bir sözlə, hər şey gözəl idi. Hamı təşkilatçılığı gördü. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Amma rəqib komandanın baş məşqçisi Con Toşak aləmi bir-birinə qatdı. İnsident epizodu kadrlarda açıq-aydın görünür. Mən rəqib futbolçu Radomir Todorovu kənara çəkmək, aranı sakitləşdirmək istəyirdim, lakin onun mənim ünvanıma işlətdiyi ifadələrdən sonra gərginlik daha da artdı. O təhqirlərə heç kim dözməzdi. Toşak kimilərinin 28 may-Respublika Günü kimi bayramımızı burnumuzdan gətirdiklərini bağışlaya bilmirəm. Bu cür oyun bayram ab-havası ilə yekunlaşmalı idi, amma təəssüf ki, belə olmadı. Daha futboldan bezmişəm. “Neftçi”nin əldə etdiyi uğurlara, çəkdiyimiz əziyyətlərə kölgə salındıqca, insan mənəvi cəhətdən yorulur. Oyundan dərhal sonra istefa ərizəmi klub rəhbərliyinə təqdim etmişəm. Futboldan getmək fikrim qətidir”.

 

Artıq “Neftçi” rəhbərliyi Cabbarovun istefası qəbul olunub. Bunu isə Lent.az-a klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1975
avatar

Oxşar yazılar