“Neftçi”nin futbolçuları Rəşad Sadiqov və Erik Ramos “Xəzər Lənkəran”la Azərbaycan Kubokunun final matçının əhəmiyyətindən danışıblar. Lent.az-ın məlumatına görə, hər iki oyunçu meydana qələbə üçün çıxacaqlarını bildirib.
Kapitan Sadiqov “qızıl dubl” etmək üçün əllərindən gələni edəcəklərinə söz verib. O, komandanın oyuna lazımi səviyyədə motivasiya olunduğunu açıqlayıb.
Ramos isə bildirib ki, finalda oynamağın özü bir motivasiyadır. Daha bir motivasiya isə “Xəzər Lənkəran”a qarşı çıxış etməkdir. Paraqvaylı yarımmüdafiəçi də “qızıl dubl” hədəfi ilə meydana çıxacaqlarını deyib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” matçı saat 20:00-da başlanacaq.
“Neftçi” final matçına ikiqat motivasiya ilə çıxacaq
572