Futbol üzrə Topaz Premyer Liqasında XXVI turun AZAL-la oyunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev üçün əlamətdar olub. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, 2:1 hesabı ilə qalib gələn “ağ-qaralar” 56 yaşlı mütəxəssisin rəhbərliyi altında 50-ci qələbəsini əldə edib.
2011/2012-ci il mövsümünün startında Çempionlar Liqasındakı uğursuzluqdan sonra Arif Əsədovu əvəzləyən və 2 il sonra eyni yarışdakı məğlubiyyətdən sonra postunu tərk edən B. Hacıyev bu ilin əvvəlində yenidən komandanın sükanı arxasına keçib. Onun rəhbərliyi altında “Neftçi”nin 50-ci qələbəsi 99-cu matçına təsadüf edib. Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter”lə cavab oyunu təcrübəli mütəxəssisin “ağ-qaralar”ın baş məşqçisi kimi 100-cü matçı olacaq.
Mövsüm |
Turnir |
O |
Q |
H |
M |
T/F |
X |
2011/12 |
Premyer Liqa |
32 |
20 |
3 |
9 |
55-30 |
63 |
2011/12 |
Azərbaycan kuboku |
6 |
3 |
2 |
1 |
5-4 |
11 |
2012/13 |
Çempionlar Liqası |
4 |
1 |
2 |
1 |
7-8 |
5 |
2012/13 |
Avropa Liqası (təsnifat) |
2 |
1 |
1 |
0 |
4-2 |
4 |
2012/13 |
Avropa Liqası (əsas) |
6 |
0 |
3 |
3 |
4-8 |
3 |
2012/13 |
Premyer Liqa |
32 |
19 |
5 |
8 |
59-32 |
62 |
2012/13 |
Azərbaycan kuboku |
6 |
3 |
3 |
0 |
10-3 |
12 |
2013/14 |
Çempionlar Liqası |
2 |
0 |
1 |
1 |
0-1 |
1 |
2013/14 |
Premyer Liqa |
8 |
3 |
2 |
3 |
12-14 |
11 |
2013/14 |
Azərbaycan kuboku |
1 |
0 |
1 |
0 |
1-1 |
1 |
Cəmi: |
Premyer Liqa |
72 |
42 |
10 |
20 |
126-76 |
136 |
Cəmi: |
Azərbaycan kuboku |
13 |
6 |
6 |
1 |
16-8 |
24 |
Cəmi: |
avrokubok |
14 |
2 |
7 |
5 |
15-19 |
13 |
Ümumi: |
|
99 |
50 |
23 |
26 |
157-103 |
173 |