“Neftçi” 11 sentyabrda doğulmuş futbolçu aldı
18 iyun 2013 11:12 (UTC +04:00)

“Neftçi” 11 sentyabrda doğulmuş futbolçu aldı

“Neftçi” klubu yay transferi dövründə ilk futbolçu keçidini rəsmiləşdirib. Lent.az-ın məlumatına görə, flaqman braziliyalı müdafiəçi Karlos Alekşandre Kardoso ilə 2 illik müqavilə imzalayıb.

 

29 yaşlı braziliyalı oyunçu “Neftçi”də 2 nömrəli formanı geyinəcək. Yeni transfer klubun bazasında olub və “Neftçi”nin prezidenti Sadıq Sadıqovla görüşüb. Sadıqov yeni transferlə bağlı klubun rəsmi saytına açıqlama verib: “Klubumuzun hədəfləri hər zaman böyük olub. Kardosonun “Neftçi”nin hədəflərinə uyğun futbolçu olduğuna əminəm. Bu oyunçu həm daxili çempionatda, həm də Çempionlar Liqasında komandamızın gücünə güc qatacaq. Lakin Kardoso ilə kifayətlənmək niyyətində deyilik. Çempionlar Liqasında azarkeşlərimizi sevindirmək və uğurla çıxış etmək üçün heyətimizi daha da gücləndirəcəyik”.

 

“Neftçi”nin yeni transferi isə deyib: “Bakıya ilk görüşdən heyran qaldım. Bura gəlməzdən öncə “Neftçi” haqda məlumat toplamışdım. Ardıcıl üç mövsüm çempion olan və Çempionlar Liqasında uğurlu çıxış hədəfləyən klubun formasını geyinmək məsuliyyətimi artırır. Mənə başqa klublardan da təkliflər çox idi. Bu gün klub prezidenti ilə söhbətdən sonra bir daha əmin oldum ki, seçimim doğrudur. Ümid edirəm ki, “Neftçi” bu mövsüm də tarix yazacaq və mən də bu tarixin bir parçası olacağam”.

 

Qeyd edək ki, 1,90 m boya malik Karlos Aleşandre Kardoso 1984-cü il sentyabrın 11-də Braziliyada anadan olub. O, 2003 – 2006-cı illərdə yerli “Komersial”, 2006 – 2008-ci illərdə Portuqaliyanın “Eştrela Amadora”, 2008 – 2012-ci illərdə Rumıniyanın “Panduri”, ötən mövsüm isə Rusiyanın “Alaniya” və Braziliyanın “Vitoriya” klublarında çıxış edib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1043
avatar

Oxşar yazılar