Futbol üzrə Topaz Premyer Liqasında XXVIII turun oyunlarına hakim təyinatları açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, son illərin ən prinsipial rəqibləri “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyun gənc referi Orxan Məmmədova tapşırılıb.
Halbuki bu matçı FİFA referisi Əliyar Ağayevin idarə edəcəyi gözlənilirdi. Amma Ağayev heç bir görüşə baş hakim təyin olunmayıb. AFFA Hakimlər Komitəsinin qərarına əsasən, o, “Qarabağ” – “Qəbələ” matçında əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək.
28 mart (cümə)
15:00. “Sumqayıt” – AZAL (Bakı)
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Nail Nağıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
29 mart (şənbə)
15:00. “Bakı” – “Simurq” (Zaqatala)
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Yaşar Abbasov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov
“Bakı” klubunun təlim-məşq bazasının stadionu
17:00. “Neftçi” (Bakı) – “Xəzər Lənkəran”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov
Bakı, “Bakcell Arena”
30 mart (bazar)
17:00. “İnter” (Bakı) – “Rəvan” (Bakı)
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Nahid Əliyev, Tahir Əhmədov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Alik Yunusov
Bakı, “Şəfa” stadionu
18:00. “Qarabağ” (Ağdam) – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.