“Monako” hücumçusu Radamel Falkao ilə yolları ayırmağa razılıq verib. Qol.az-ın xəbərinə görə, bu haqda İspaniyanın AS qəzeti xəbər yayıb.
Bildirilir ki, “Monako” 28 yaşlı kolumbiyalı futbolçunun transferi ilə əlaqədar istənilən klubla danışıqlara hazır olduğunu bəyan edib
Bu günlərdə Falkao Madrid “Real”ına keçmək istədiyini açıqlayıb. Bununla yanaşı, İngiltərənin “Çelsi” və “Liverpul” klublarının kolumbiyalı hücumçunu heyətində görmək istədikləri bildirilir.
Hələlik “Monako”nun Falkaonu hansı qiymətə satmaq istəməsi haqda məlumat yoxdur.
Falkao “Monako”ya ötən mövsümün əvvəli keçib. Bu ilin yanvar ayında aldığı ciddi səbəbindən o, həmin vaxtdan meydana çıxa bilməyib, eyni zamanda dünya çempionatına aparılmayıb.
O, 2013/14 mövsümündə Fransa çempionatında 17 oyuna çıxıb və 9 qol vurub.