İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Nemanya Vidiç İtaliya “İnter”i ilə anlaşıb. Lent.az-ın “Goal.com”a istinadən məlumatına görə, serbiyalı müdafiəçi “neradzurri” ilə 2,5 illik müqavilə bağlayacaq.
Onun ilk əmək haqqı 2,5 milyon funt sterlinq təşkil edəcək. Lakin bonuslarla birgə bu məbləğ 2,9 milyon funta çata bilər.
Qeyd edək ki, daha öncə Nemanya Vidiç “Mançester Yunayted”i cari mövsümün sonunda tərk edəcəyini açıqlayıb. Hazırda qış “transfer pəncərəsi” bağlandığından, Vidiçin “İnter”ə keçidinin yayda baş tutacağı gözlənilir. O, “qırmızı şeytanlar”a 2006-cı ildə Rusiyanın “Spartak” (Moskva) klubundan keçib.