“Liverpul” “Barselona”nı zirvədən saldı
03 may 2018 01:40 (UTC +04:00)

“Liverpul” “Barselona”nı zirvədən saldı

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda səfərdə “Roma” ilə qarşılaşan “Liverpul” rekorda imza atıb.

 

Apasport.az saytının məlumatına görə, matçın 26-cı dəqiqəsində mersisaydlıları 2:1 önə keçirən Jorjinyo Vaynaldumun qolu bu mövsüm ÇL-də 46-cı olub. 14 oyunda bu nəticəyə çatan “qırmızılar” bütün komandaları qabaqlayıb.

 

Bu, nəinki qitənin ən nüfuzlu klub turnirində, eləcə də bütün Avrokubok oyunları üçün bir mövsümdə vurulan ən çox qol sayıdır.

 

Əvvəlki rekord isə “Barselona”ya məxsus olub. Kataloniyalılar 1999/2000 mövsümündə bir mövsümdə 16 matçda 45 dəfə fərqlənə bilmişdilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 313
avatar

Oxşar yazılar