“Lipa” futbolçumuz Rumıniya klubundan qovuldu
07 iyun 2013 11:49 (UTC +04:00)

“Lipa” futbolçumuz Rumıniya klubundan qovuldu

Rumıniyanın “Petrolul” klubu azərbaycanlı futbolçu Elhad Nəzirini transferə çıxarıb. Lent.az-ın “Moldfootball.com”a istinadən verdiyi məlumata görə, qışda Moldova “Milsami”sindən transfer edilmiş müdafiəçi “Petrolul”da cəmi 1 oyuna çıxıb və 17 dəqiqə meydanda olub.

 

Əvəzində Nəziri Rumıniya Kubokunu və ölkə çempionatının bürünc medalını qazanıb.

 

“Moldfootball.com” azərbaycanlı futbolçunun kifayət qədər ziddiyyətli fiqur olduğunu yazıb: “Nəziri “Milsami”də cəmi 6 oyun keçirsə də, Azərbaycan millisinə dəvət alıb. Qışda isə Rumıniya çempionatının liderlərindən olan “Petrolul”la müqavilə bağlayıb. Özü də 3,5 il müddətinə. Demək olar ki, bundan dərhal sonra Azərbaycan və Rumıniya mətbuatı Elhadın əsl soyadının Əhmədov olduğunu və hazırkı pasportunda yazılan 22 dekabr 1992-ci il təvəllüdündən az qala 3 il əvvəl - 8 yanvar 1990-cı ildə doğulduğunu üzə çıxarıb”.

 

Qeyd edək ki, Elhad Nəziri AFFA rəsmilərindən birinin qohumudur. Onun öz təvəllüdünü saxtalaşdırması faktını ilk dəfə “apasport.az” saytı üzə çıxarıb.

# 1035
avatar

Oxşar yazılar