“Karşıyaka”dan Mahir Şükürova 17 min dollar cərimə!
15 aprel 2015 19:00 (UTC +04:00)

“Karşıyaka”dan Mahir Şükürova 17 min dollar cərimə!

Millimizin futbolçusu Mahir Şükürova sabiq klubu “Karşıyaka”dan cavab gəlib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şükürovdan sonra “Karşıyaka” rəhbərliyi də müqaviləni ləğv etdiyini bəyan edib.

 

Klubdan verilən məlumata görə, futbolçu əsas heyətdən kənarlaşdırılanda ona iki dəfə U-21-lə birlikdə məşq etmək göstərişi verilsə də, buna məhəl qoymayıb. Rəhbərlik düşərgəyə gec qoşulduğuna və tapşırığı əməl etmədiyi üçün Şükürovu ümumilikdə 17 min 500 dollar məbləğində cərimələyib.

 

Türkiyə mətbuatında isə klubun Mahirə 40 min dollar borcu olduğu vurğulanıb. Bu isə o deməkdi ki, cəriməni çıxsaq, “Karşıyaka” 33 yaşlı müdafiəçiyə 22 min 500 dollar ödəməlidi. Məsələnin FİFA-ya qədər uzanacağı vurğulanıb.

 

Qeyd edək ki, “Karşıyaka” Mahir Şükürovun müqavilə müddətinin 2016-cı ilə qədər olduğunu bildirsə də, futbolçu saytımıza açıqlamasında anlaşmanın gələn ay başa çatacağını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 139
avatar

Oxşar yazılar