İtaliyalı hücumçu Antonio Kassano maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, milli komandanın keçmiş oyunçusu ona dəvət gəlməməsindən şikayətlənib.
“Sampdoriya”dan ayrıldıqdan sonra işsiz qalan təcrübəli forvard belə davam edərsə karyerasını bitirəcəyini və xanımının meneceri olacağını deyib: “Neçə müddətdi ki, işsizəm. Karyeramı İtaliyada davam etdirmək istəyirəm. Nə Argentina, nə Çin, nə də Yunanıstana getmək maraqlı deyil. Ancaq A seriyasından da heç bir klubdan təklif gəlmir. Ailəmizi xanımım saxlayır”.