“İnter” və “Qarabağ” Avroliqaya hazırlığı başa vurdu
28 iyun 2013 11:43 (UTC +04:00)

“İnter” və “Qarabağ” Avroliqaya hazırlığı başa vurdu

Azərbaycanı futbol üzrə Avropa Liqasında təmsil edəcək “Qarabağ” və “İnter” klubları təlim-məşq toplantısı çərçivəsində son yoldaşlıq görüşlərini keçiriblər. Lent.az-ın məlumatına görə, Türkiyədə hazırlıq keçən Ağdam təmsilçisi artıq Rusiya Premyer Liqasını tərk etmiş “Mordoviya” ilə yenidən üz-üzə gəlib.

 

Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Təmsilçimizin yeganə qolunu Reynaldo vurub. Bu komandalar arasında 4 gün öncə baş tutmuş ilk yoxlama matçında “Mordoviya” qalib gəlib – 3:1.

 

“İnter” isə Avstriyadakı hazırlıq prosesi çərçivəsində Rusiya Premyer Liqasının iddialı komandalarından sayılan “Anji”yə minimal hesabla uduzub. Mahaçqala təmsilçisinin üstünlüyü şəraitində keçən görüşdə yeganə topu Aleksey İonov vurub. İkinci yarıda meydana daxil olmuş İonov 62-ci dəqiqədə çoxgedişli kombinasiyanı qola çevirib. “İnter” daha öncə Türkiyədə “Kartalspor”u 13:0, Avstriyada “İnsbruk”u 8:0 hesabı ilə darmadağın edib, Rusiya “Krasnodar”ı ilə 0:0, Çexiya “Slaviya”sı ilə 1:1 hesablı heç-heçəyə nail olub.

 

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ” Makedoniya “Metallurq”u, “İnter” isə Finlandiya “Mariehamn”ı ilə üz-üzə gələcək. Daha bir təmsilçimiz “Xəzər Lənkəran” isə “Slima”ya rəqib olub. Lənkəran təmsilçisi Almaniyadakı hazırlıq prosesinə bu gün yerli “İnqolştadt”ın 23 yaşadək komandasına qarşı yoxlama görüşü ilə yekun vuracaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 883
avatar

Oxşar yazılar