Türkiyənin “Galatasaray” qrupu İtaliya yığmasının sabiq baş məşqçisi Cezare Prandelli ilə danışıqlara başlayıb. Mövsümün sonunda italyan məşqçi Roberto Mançini ilə yollarını ayıran klubun rəhbərliyi bu müddət ərzində bir neçə mütəxəssislə danışıqlar aparsa da, nəticə hasil olmayıb. Klubun tabeliyində olduğu “Galatasaray Sportif” səhmdar cəmiyyəti bu gün birjaya verdiyi məlumatda Prandelli ilə danışıqlara başladığını rəsmən təsdiqləyib. Klub danışıqların nəticəsi barədə yaxın vaxtlarda ictimaiyyətə məlumat verəcək.
Qeyd edək ki, İtaliya yığmasına rəhbərlik edən Cezare Prandelli komandanın qrup mərhələsində uğursuz çıxışından sonra tutduğu postdan istefa verib və bir daha heç bir şərt daxilində milli komandanı çalışdırmayacağını deyib.

“Galatasaray” Prandelli ilə danışıqlara başladı
Oxşar yazılar

“Mançester Yunayted”in müdafiəçisi arvadını ezoterik maraqlarına görə tərk etdi
21 iyul 2025 , 18:11
Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri
21 iyul 2025 , 17:07
"Qarabağ"ın növbəti mərhələdəki potensial RƏQİBLƏRİ məlum oldu
21 iyul 2025 , 14:29
“Çelsi”nin oyunçusu 17 yaşından bəri birlikdə olduğu sevgilisindən ayrılıb?
21 iyul 2025 , 13:24
"Liverpul" ikinci yay transfer rekorduna hazırlaşır?
21 iyul 2025 , 10:30
İvan Rakitiçə bu komandada vəzifə verildi
20 iyul 2025 , 19:22
Salah hər kəsi TƏƏCCÜBLƏNDİRDİ: sevimli məşqçisi Klopp deyil
20 iyul 2025 , 17:27