“Fiorentina” - “Qarabağ” görüşü avstriyalılara tapşırıldı
26 sentyabr 2016 13:52 (UTC +04:00)

“Fiorentina” - “Qarabağ” görüşü avstriyalılara tapşırıldı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Fiorentina” ilə keçirəcəyi səfər matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA Azərbaycan çempionunun İtaliyadakı görüşünə avstriyalı hakimlər briqadasını təyin edib.

 

Qarşılaşmanın baş hakimi Oliver Draxta olacaq. Ona Roland Brandner və Stefan Kühr kömək edəcəklər. Matçın 4-cü hakimi funksiyasını Roland Ridel yerinə yetirəcək. Qapı arxasında dayanacaq əlavə köməkçi hakimlər isə Manuel Şüttenqruber və Diter Makenhammer olacaq.

 

“Artemio Franki” stadionundakı oyunda hakimlərin işinə kiprli Mihael Arquro qiymət verəcək. UEFA nümayəndəsi qismində isə ispaniyalı Eduard Dervişay iş başında olacaq.

 

Qeyd edək ki, “Fiorentina” – “Qarabağ” matçı sentyabrın 29-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 347

Oxşar yazılar