“Fənərbaxça”nın aparıcı simalarından biri İstanbul klubu ilə yollarını ayırmaq üzrədi. Apasport.az saytının məlumatına görə, “sarı-lacivərdlilər”in ulduzu Dirk Kuyt əvvəlki komandasına qayıtmaq barədə qərar verib.
“Feyenord”un rəsmi internet səhifəsində isə artıq futbolçu ilə bir illik müqavilənin imzalandığı xəbəri yer alıb. Kuyt, ölkəsindən kənarda keçirdiyi 9 ilin sona yetdiyini, karyerasını doğma vətənində başa vurmaq istədiyini bildirib.
Qeyd edək ki, Dirk Kuyt 2003-2006-cı illərdə “Feyenord”da çıxış edib.