“Fənərbaxça”nın avtobusuna hücumda şübhəli bilinən şəxslər sərbəst buraxıldı
09 aprel 2015 03:36 (UTC +04:00)

“Fənərbaxça”nın avtobusuna hücumda şübhəli bilinən şəxslər sərbəst buraxıldı

“Fənərbaxça” futbol klubunun avtobusuna silahlı hücumda şübhəli bilinərək saxlanılan Nihat S. və Emre A. dünən axşam sərbəst buraxılıb.

 

Lent.az-ın “azərtac”-a istinadən məlumatına görə, məhkəmə onların təqsirini sübut edən yetərli dəlil-sübut olmadığından belə bir qərar çıxarıb.

 

Şübhəli bilinən şəxslərin vəkili hücumda istifadə olunduğu güman edilən sılahdan atəş açılıb-açılmadığının təsdiqini tapmadığı kimi, onun üzərində barmaq izləri də aşkarlanmayıb.

 

Xatırladaq ki, hadisə “Fənərbaxça”-“Çaykur Rizəspor” oyunundan sonra içərisində komanda üzvlərinin olduğu avtobus Trabzon hava limanına gedərkən baş vermişdi. Avtobusun yaralanan sürücüsü xəstəxanaya yerləşdirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 112
avatar

Oxşar yazılar