Son Türkiyə çempionu “Fənərbaxça” yeni baş məşqçisini ictimaiyyətə açıqlayıb. Lent.az-ın məlumatına görə, klub rəsmlərinin razılığı ilə baş məşqçi postuna uzun müddətdir klubda Aykut Kocamanın və Ersun Yanalın köməkçisi olmuş İsmayıl Qartal gətirilib. Təcrübəli türkiyəli məşqçinin köməkçisi isə Murad Öztürk olacaq.
Qeyd edək ki, Ersun Yanal bir neçə gün bundan öncə “Fənərbaxça” baş məşqçi postundan istefa verib.