“Fənərbaxça” başqanı yenidən həbsxanaya düşə bilər
18 aprel 2014 02:52 (UTC +04:00)

“Fənərbaxça” başqanı yenidən həbsxanaya düşə bilər

“Fənərbaxça” azarkeşləri şok xəbər alıb. Apasport.az saytının məlumatına görə, klub başqanı Əziz Yıldırım yenidən həbsxanaya salına bilər.

 

Baş Prokurorluq Əziz Yıldırımın vəkillərinin verdiyi etirazları rədd edib və qərarı qüvvədə saxlayıb. Bu qərara əsasən, futbol oyunları fırıldağında ittiham edilən “Fənərbaxça” başqanı yenidən həbsxanaya salına bilər. Onun bundan sonra daha 2 il 2 ay həbsdə qalacağı ehtimal olunur. Yıldırım sağlıq durumu ilə bağlı qərarın təxirə salınması hüququndan da istifadə etməyəcək.

 

Hələlik Yıldırımın həbsxanaya qaytarılacağı vaxt bilinmir. Onun “Fənərbaxça” futbol klubunun çempionluq xəbərini azadlıqda və ya həbsxanada alacağı da qaranlıqdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508
avatar

Oxşar yazılar