“Fənərbahçə” prezidenti bəraət aldı
09 oktyabr 2015 23:38 (UTC +04:00)

“Fənərbahçə” prezidenti bəraət aldı

0

“Fənərbahçə” İdman Klubunun prezidenti Əziz Yıldırım ona qarşı irəli sürülən bütün ittihamlardan bəraət alıb

 

APA-nın “Haberler.com”-a istinadən verdiyi məlumata görə, Türkiyədə danışılmış oyunlarla əlaqədar məhkəmə prosesi müttəhimlərin bəraət alması ilə nəticələnib. Bundan əvvəl dövlət ittihamçısı “Fənərbahçə” prezidenti də daxil olmaqla bütün müttəhimlər barədə bəraət qərarının verilməsini istəmişdi.

 

Qeyd edək ki, Fənərbahçə prezidenti Əziz Yıldırım ilə yanaşı Fenerbahçə menecerləri Əli Yıldırım, Şekib Mosturoğlu, İlhan Əkşioğlu, Beşiktaş keçmiş meneceri Sərdal Adalı, Beşiktaş futbol klubunun keçmiş prezidenti Tayfur Havutçu, Sivasspor prezidenti Məcnun Odyakmaz, futbolçular İbrahim Akın, Korjan Çelikayında aralarında olduğu bütün müttəhimlər barəsində bəraət qərarı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 684

Oxşar yazılar