“Fənərbağça” Bakıda qol vuran futbolçunu aldı
05 iyun 2013 18:01 (UTC +04:00)

“Fənərbağça” Bakıda qol vuran futbolçunu aldı

Türkiyənin “Fənərbağça” klubu Rusiya “Zenit”inin və Portuqaliya milli komandasının futbolçusu Brunu Alveşi transfer edib. Lent.az-ın “Zenit”in rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq iki klub arasında razılıq əldə olunub.

 

“Fənərbağça”nın rəsmi saytı isə hazırda oyunçunun özü ilə danışıqların davam etdiyini yazıb.

 

Qeyd edək ki, Brunu Alveş karyerasına Portuqaliya “Portu”sunda başlayıb. O, 2010-cu ildə “Zenit”ə 22 milyon avroya transfer olub. 32 yaşlı müdafiəçi Portuqaliya milli komandasında 60 oyuna 8 qol vurub. Alveş millidə sonuncu qolunu martın 26-da 2014-cü il dünya çempionatının seçmə qrup matçında Azərbaycan yığmasının qapısından keçirib. O, Bakıda keçirilmiş qarşılaşmada Portuqaliyanın ilk qolunun müəllifi olub. Oyun millimizin məğlubiyyəti ilə yekunlaşıb – 0:2.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 896
avatar

Oxşar yazılar