“Elfsborq”un baş məşqçisi Bakıya buraxılmadı
23 iyul 2014 16:27 (UTC +04:00)

“Elfsborq”un baş məşqçisi Bakıya buraxılmadı

İyulun 24-də Avropa Liqasının II təsnifat mərhələsində "İnter"lə cavab oyununa çıxacaq İsveç "Elfsborq"u başsız qalıb. Lent.az-ın sportnet.az-a istinadən məlumatına görə, klubun baş məşqçisi Klas İnqesson komandası ilə birgə Bakıya gələ bilməyib. 


Omba sümüyü qırıldığı üçün əlil arabası ilə gəzən İnqessonun başı səhhətinə qarışdığından, viza almağa gecikib. Buna görə də, mütəxəssisin Azərbaycana gəlişi alınmayib. Onun yoxluğunda komandaya İnqessonun köməkçiləri Yanne Mian və Peter Vetterqre başçılıq edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1271
avatar

Oxşar yazılar