“Cümə” məscidi “Məşədi Dadaş”ı udub birinci oldu
07 may 2014 15:09 (UTC +04:00)

“Cümə” məscidi “Məşədi Dadaş”ı udub birinci oldu

Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş “Tolerantlıq Kuboku” uğrunda ənənəvi mini futbol turniri başa çatıb.


 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, final oyununda “Məşədi Dadaş” məscidi dini icmasının komandası ilə Sumqayıt “Cümə” məscidi dini icmasının komandaları qarşılaşıb.

 

Oyunun əsas vaxtı 3:3 hesabı ilə bitib. Oyun sonrası penaltilərdə Sumqayıt “Cümə” məscidi dini icmasının komandası turnirin qalibi olub.

 

Oyundan sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, DQİDK-nın təşkilatçılığı və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə dini konfessiyalar arasında keçirilən bu yarış sadəcə futbol turniri deyil, eyni zamanda Azərbaycanın dünyaya örnək ola biləcək tolerantlıq modelinin əyani sübutudur.

 

Artıq ikinci ildir ki, keçirilən ənənvi turnirin əhəmiyyətinə toxunan sədr müavini bu cür tədbirlərin dini icmalar arasında mövcud olan sağlam mühitin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

 

Turnirin qaliblərinə medallar və turnirin kuboku təqdim edilib.

 

Turnirdə Azərbaycanda fəaliyyət göstərən müsəlman, xristian və yəhudi dini icmalarının komandaları iştirak edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878
avatar

Oxşar yazılar