“Çelsi”nin 2 fanatı İstanbulda bıçaqlandı
26 fevral 2014 12:19 (UTC +04:00)

“Çelsi”nin 2 fanatı İstanbulda bıçaqlandı

Fevralın 26-da Türkiyənin İstanbul şəhərində “Qalatasaray”la keçirəcəyi oyun öncəsi İngiltərənin “Çelsi” klubunun 2 azarkeşi bıçaqlanıb. Lent.az-ın “The Guardian”a istinadən məlumatına görə, hadisə ötən gün Taksim meydanında baş verib.

 

İngiltərəli fanatların getdiyi bar son zamanlar Türkiyənin hazırkı rəhbərliyinə qarşı çıxan qüvələrin hədəfinə çevrilib. Məhz bu səbəbdən, azarkeşlər hücuma məruz qalıblar. Yaralıların son durumu barədə məlumat yoxdur.

 

Ötən həftəsonu “Qalatasaray” və “Beşiktaş” arasında keçirilmiş Superliqa matçından sonra iki komanda azarkeşlərinin kütləvi toqquşması baş verib. Bu hadisədən sonra “Çelsi” rəhbərliyi azarkeşlərinə Türkiyəyə getməməyə dair xəbərdarlıq edib.

 

Qeyd edək ki, 2000-ci ildə İstanbulda “Qalatasaray”la UEFA Kubokunun yarımfinal matçı öncəsi İngiltərə “Lids”inin 2 fanatı qətlə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777
avatar

Oxşar yazılar