“Çelsi”nin forvardı Samuel Etonun yeni komandası bəlli olub. Lent.az-ın məlumatına görə, “Çelsi”nin Droqba və Dieqo Koştanı transfer etməsindən sonra kamerunlu futbolçu azad agent statusu qazanıb. Beləliklə Eto digər İngiltərə klubu “Everton”la anlaşıb. 33 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Samuel Eto "Barcelona", "İnter" kimi nəhəng klublarda forma geyinib. Ötən mövsüm “Çelsi”in heyətində 21 oyunda 9 dəfə fərqlənib.