Topaz Premyer Liqada 28-ci turun oyunları davam edir.
Lent.az-ın məlumatına görə, bu gün 2 qarşılaşma baş tutub.
"Bakı" "Simurq"a qalib gəlib - 2:1.
Turun ən çox maraqla gözlənilən qarşılaşmalarından biri "böyük oyun" adlandırılan "Neftçi" - "Xəzər Lənkəran" matçı idi. Bu görüşdə 1:0 hesabı ilə qələbə qazanan "Neftçi" klubu turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyub.
Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.