Türkiyənin “Beşiktaş” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib. Lent.az-ın məlumatına görə, klubun yeni prezidenti Fikrət Orman Robert Prosineçkini bu vəzifəyə gətirəcək.
Hazırda “Kayserispor”un sükanı arxasında olan xorvatiyalı mütəxəssislə 90 faiz razılıq əldə olunub. Rəsmi təyinatın tezliklə açıqlanacağı gözlənilir.