Türkiyənin “Beşiktaş” klubu mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Doruxan Toközü heyətinə qatıb.
22 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. “Beşiktaş” onun transferi üçün “Əskişəhərspor”a pul ödəməyəcək.
Qeyd edək ki, yarımmüdafiəçi başa çatan mövsümdə keçirdiyi 32 oyunda 1 qol vurub.