“Beşiktaş” Bakıda futbol məktəbi açır
26 fevral 2014 15:38 (UTC +04:00)

“Beşiktaş” Bakıda futbol məktəbi açır

Daha bir Türkiyə təmsilçisi – “Beşiktaş” klubunun Bakıda futbol məktəbi açılacaq. 

 


Apasport.az saytının məlumatına görə, bunu vaxtilə “Gilan”, “Bakılı” və “Neftçala”da oynamış türkiyəli futbolçu Abdul Kadir Öz verib.

 

O bildirib ki, bu gün “Beşiktaş”ın aşağı yaş qrupları üzrə direktoru Ufuk Pak Bakıya gələcək. Pakın səfərinin məqsədi futbol məktəbinin burda hansı ərazidə açılmasının daha məqsədəuyğun olduğunu müəyyənləşdirməkdir.

Böyük ehtimalla, “Beşiktaş”ın futbol məktəbinə gələcək azyaşlı uşaqlar Bakı Dövlət Universitetinin nəzdində olan stadiondan yararlanacaq. Açılış mərasiminin apreldə keçirilməsi nəzərdə tutulub.  

Qeyd edək ki, buna qədər Bakıda “Qalatasaray”, “Fənərbaxça” və “Antalyaspor” klublarının futbol məktəbləri açılmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886
avatar

Oxşar yazılar