“Beşiktaş” Argentina millisinin üzvünü transfer edib. Lent.az-ın məlumatına görə, İstanbul klubu Xarkov “Metalist"dən pleymekir Joze Sosanı heyətinə qatıb. Klub bu transferə görə 4,5 milyon dollar xərcə düşüb. Sosa “Beşiktaş”la 3 illik müqavilə imzalayıb. O komandanın 10 nömrəli oyunçusu olacaq.
Qeyd edək ki, 29 yaşlı futbolçu “Bavariya”, “Napoli” və “Atletiko Madrid” kimi nəhəng klublarda oynayıb.