“Bavariya”nın prezidenti vergidən yayınırmış
10 mart 2014 22:49 (UTC +04:00)

“Bavariya”nın prezidenti vergidən yayınırmış

Almaniyanın “Bavariya” futbol klubunun prezidenti Uli Heness vergidən yayındığını etiraf edib. Apasport.az saytının məlumatına görə, Hennes atdığı addımdan utandığını bildirib.

 

O, qeyd edib ki, etirafının onu cəzadan qurtarmayacağından xəbərdardır. Klub prezidenti onu da əlavə edib ki, özünü “cəmiyyətin tullantısı” hesab etmir və bu zaman xeyriyyə tədbirlərinə milyonlarla vəsait ödədiyini xatırladıb.

 

İstintaqın gəldiyi nəticəyə görə, Heness İsveçrə banklarından birindəki çoxmilyonluq hesabını deklarasiyada göstərməyərək, gəlirini gizlədib. Onun vəkillərindən biri isə məhkəmədə bildirib ki, müştərisi istintaqın tapdığı vəsaitdən də çox vergidən yayınıb. Onun sözlərinə görə, “Bavariya”nın keçmiş futbolçusu materiallarda göstərildiyi kimi 3,5 milyon deyil, 18,5 milyon avronu vergidən gizlədib.

 

“Bavariya” prezidenti ilə bağlı məhkəmə qərar martın 13-də açıqlanmalıdır. Heness 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

 

61 yaşlı Heness 1979-cu ildən “Bavariya”nın rəhbərliyinə daxildir. Buna qədər isə 9 il müddətində Münhen klubunun heyətində futbolçu kimi çıxış edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454
avatar

Oxşar yazılar