“Başakşəhər” xal itirib, “Fənərbaxça” məğlub olub
Türkiyə Super Liqasında XXIX turun üç oyunu keçirilib.
ONA-nın məlumatına görə, çempionatın lideri “Başakşəhər” xal itkisi ilə üzləşib.
İstanbul təmsilçisi “Rizəspor”la qarşılaşmanın yalnız 90+6-cı dəqiqəsində penalti zərbəsi ilə məğlubiyyətdən qaçıb. Bu xal itkisindən sonra liderin “Qalatasaray”dan üstünlüyü 3-ə enib.
Günün daha bir matçı heç-heçə nəticələnib. “Ankaragücü” və “Konyaspor” meydansan qolsuz ayrılıblar. “Fənərbaxça” isə səfərdə “Alanyaspor”a uduzub.
Qeyd edək ki, tura aprelin 22-də yekun vurulacaq.
Türkiyə Super Liqası
XXIX tur
21 aprel
“Ankaragücü” – “Konyaspor” – 0:0
“Başakşəhər” – “Rizəspor” – 1:1
Viska, 90+6 (pen.) – Muriqi, 62
“Alanyaspor” – “Fənərbaxça” – 1:0
773