“Barselona”nın sabiq marketinq direktoru Bakıya gəlir
04 mart 2014 18:59 (UTC +04:00)

“Barselona”nın sabiq marketinq direktoru Bakıya gəlir

İspaniyanın “Barselona” klubunun sabiq marketinq direktoru və hazırda “Prime Time Sport” şirkətinin icraçı direktoru Esteve Kalzada Bakıya gələcək. Bu haqda Lent.az-a Kalzadanın özü məlumat verib.

 

O, “Atletiko” ilə əməkdaşlıqdan sonra Azərbaycan barədə daha çox bilgi toplamağa başladığını söyləyib: “Azərbaycan bir idman ölkəsinə çevriləcək. Çox şanslısınız ki, ölkə prezidentinizin idmana böyük dəstəyi var. “Atletiko” ilə əməkdaşlığınızdan sonra mən də Azərbaycan haqqında daha çox məlumat toplamağa başladım. Bir təsadüf nəticəsində Tunc Afsarla tanış olandan sonra ölkənizə marağım daha da böyüdü. Dünyanın bir neçə ölkəsində konfranslarım, federasiyalarla əməkdaşlıqlarım oldu. İndi 2 həftə sürəcək Asiya səyahətim başlayıb. Daha sonra tez zamanda Azərbaycana səfərimi planlaşdırıram. İnkişafda olan ölkənizdə çox maraqlı layihələr həyata keçirə bilərik”.

 

Qeyd edək ki, Esteve Kalzada “Barselona”da 2002 – 2007-ci illərdə çalışıb. O, daha sonra dünyanın bir çox ölkəsində tərcümə edilmiş “Show me money” (“Mənə pulu göstər”) kitabını yazıb. Kalzada hazırda dünyanın bir çox məşhur futbolçuları, o cümlədən, Lionel Messi, Samüel Eto O, Con Terri, Serxio Aquero və Ueyn Runinin marketinq işlərini həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar