İspaniya Kral Kubokunda yarımfinalın daha bir cavab oyunu keçirilib.
Apasport.az saytının məlumatına görə, “Alaves” “Selta” ilə qarşılaşıb.
Viqoda keçirilən ilk oyunda tərəflər qolsuz bərabərliyə razılaşmışdılar. Cavab görüşündə isə meydan sahibləri qələbə qazanıb.
“Alaves” minimal hesablı qalibiyyət nəticəsində “Barselona”ya rəqib olub.
İspaniya Kral Kuboku
Yarımfinal, cavab oyunu
“Alaves” – “Selta” – 1:0 (ilk oyun: 0:0)
Qol: Mendez, 82