“Barselona” Messini sata bilər
18 aprel 2014 14:04 (UTC +04:00)

“Barselona” Messini sata bilər

İspaniyanın “Barselona” klubu aparıcı futbolçusu Lionel Messini satışa çıxara bilər. Lent.az-ın “El Mundo Deportivo”ya istinadən məlumatına görə, səbəb argentinalı hücumçunun ölçüyəgəlməz pul iştahasıdır.

 

27 yaşlı futbolçu ilə klubu arasında yeni müqavilənin imzalanma prosesində çətin situasiya yaranıb. “Барселона” hücumçunun atasının rəhbərlik etdiyi “Messi Management” şirkətinə illik 40 milyon avro vergiləri çıxmaqla 200 milyon avro dəyərində 5 illik müqavilə təklif etmək, habelə, oyunçunun imic hüququndan gəlirlərin 20 faizini özündə saxlamaq niyyətindədir. Messinin nümayəndələri isə 400 milyon avro məbləğində 4 illik müqaviləyə nail olmaq istəyirlər.

 

Qeyd edək ki, Lionel Messi 2000-ci ildə “Barselona”nın gənclərdən ibarət, 2003-cü ildə isə əsas komandasına cəlb olunub. O, əsas komandada 272 oyuna 240 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 990

Oxşar yazılar