“Barselona” Ardanı istəyib
19 mart 2014 14:40 (UTC +04:00)

“Barselona” Ardanı istəyib

İspaniyanın “Barselona” komandasının baş məşqçisi Xerardo Martinonun keçmiş klub prezidenti Sandro Rosellə təqdim etdiyi 8 futbolçudan ibarət transfer siyahısı ortaya çıxıb. Lent.az-ın ESPN-ə istinadən məlumata görə, siyahıya hazırda İspaniya “Atletiko”sunda yer alan Arda Turan da salınıb.

 

Yarımmüdafiə xəttinə ondan əlavə, İlkay Gündoğanın da alınması təklif edilib. Digər namizədlər Serxio Aquero, Miroslav Klose, Filipe Luis, Neven Subotiç, Santyaqo Vergini və Doriya olub. Futbolçulardan bəzilərinin alınmasına qadağa qoyulub, qalanlarından isə qiymətlərinin yüksək olması səbəbindən vaz keçilib. Arda və Felipe Luisin qarşısında transferlərinin həyata keçirilməsinin mümkünsüzlüyü əks olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1243

Oxşar yazılar