“Baku United” Avropada ilk qələbəsini qazanıb
30 avqust 2013 15:18 (UTC +04:00)

“Baku United” Avropada ilk qələbəsini qazanıb

İngiltərə çempionu olan “Baku United” klubu Polşanın Krakov şəhərində UEFA Futzal Kubokunun təsnifat mərhələsinin ilk oyununu keçirib. Lent.az-ın məlumatına görə, B qrupunda mübarizə aparan "Baku United" Albaniya çempionu "Ali Demi"ni darmadağın edib – 4:1.

 

Bakılılar hesabı oyunun 1-ci dəqiqəsində açsalar da, Albaniya çempionu artıq 4-cü dəqiqədə hesabı bərabərləşdirə bilib. Bununla belə, 1-ci hissənin sonlarına yaxın "Baku United" hesabda yenidən irəli çıxıb. İkinci hissədə isə "Baku United" daha 2 qol vurub.

 

Avqustun 31-də "Baku United" həlledici oyuna çıxacaq. “Bakılılar”ın rəqibi meydan sahibləri, Polşa çempionu "Visla" klubu olacaq. Polşalılar ilk oyunda "Ali Demi"yə 5:0 hesabı ilə qalib gəlib. Beləliklə, "Visla" - "Baku United" oyununun qalibi B qrupundan UEFA Futzal Kubokunun növbəti mərhələsinə yüksələcək.

 

Qeyd edək ki, “Baku United” klubu İngiltərədə fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatı tərəfindən yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546
avatar

Oxşar yazılar