WSB (Ümumdünya Boks Seriyası) Liqasında Polşanın “Hussars Poland” komandası ilə 8-ci turun döyüşünə çıxacaq Azərbaycanın “Baku Fires” klubunun heyətində dəyişiklik edilib. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə “Baku Fires”in baş məşqçisi Nuripaşa Talıbov bildirib.
O deyib ki, Avropa və 2 qat dünya çempionu Məhəmmədrəsul Məcidovun fevralın 8-də baş tutacaq görüşə qatılmaması qərara alınıb. Talıbov səbəb kimi Məcidova ötən ilin oktyabrında Qazaxıstanda növbəti dünya çempionluğunu qazandıqdan sonra tanınmış boksçumuza istirahətin verilməsini göstərib: “Məcidovun zədəsi yoxdur, sadəcə ola bilsin, bu döyüşdə iştirak üçün emosiyaları çatışmadı. Amma qarşıdakı görüşlərdə onun xidmətlərindən yararlanacağıq”.
Qeyd edək ki, “Hussard Poland”la görüşdə 91 kq-dan yuxarı çəki dərəcəsində Məhəmmədrəsul Məcidovu Aslanbek Mahmudov əvəzləyib.

“Baku Fires”in heyətində dəyişiklik edildi
Oxşar yazılar

Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39
“Sabah” Avropa Liqasında mübarizəni dayandırdı
18 iyul 2025 , 00:39
Azərbaycanın iki güləşçisi Macarıstanda gümüş medal qazandı
17 iyul 2025 , 22:32