“Bakı Olimpiya stadionu klublara da xidmət etməlidir”
05 mart 2014 11:44 (UTC +04:00)

“Bakı Olimpiya stadionu klublara da xidmət etməlidir”

Futbol üzrə Azərbaycan milli komandası Bakı Olimpiya stadionunda ev oyunlarını keçirə bilər. Bu barədə Lent.az-a gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

 

Onun sözlərinə görə, yığmamızın 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərini tikilməkdə olan arenada qəbul etməsində problem yoxdur. Nazir təkcə millimizin deyil, klublarımızın da bu stadiondan yararlanmasının mümkünlüyünü vurğulayıb: “Niyə də yox? Klublarımız da ev oyunlarını o stadionda keçirə bilərlər. Bu, futbol meydanıdır. Təkcə yığmaya yox, klublara da xidmət etməlidir”.

 

Qeyd edək ki, Bakı Olimpiya stadionunun 2015-ci ilin əvvəllərinədək istifadəyə verilməsi planlaşdırılır. Bu arenada ilk böyük tədbir gələn il iyunun 12-də I Avropa Oyunlarının açılış mərasimi olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1286

Oxşar yazılar