“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Naxçıvana gətirildi
27 aprel 2015 20:18 (UTC +04:00)

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Naxçıvana gətirildi

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli aprelin 27-də Naxçıvana gətirilib.

 

Lent.az-ın Azərtaca istinadən verdiyi məlumatına görə, məşəl əvvəlcə Naxçıvan Beynəlxalq Hava Limanından “Duzdağ” mədəninə, oradan da “Əshabi-kəhf” ziyarətgahına aparılıb.

 

Hazırda birinci Avropa Oyunlarının məşəli Naxçıvan şəhərinin Koroğlu meydanına gətirilir. Məşəl Cəlil Məmmədquluzadə küçəsi ilə Heydər Əliyev Sarayının qarşısından Naxçıvan şəhərinin mərkəzi meydanına aparılacaq. Burada isə möhtəşəm Alov festivalı təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242
avatar

Oxşar yazılar