“Bakı-2015” I Avropa Oyunları ilə bağlı moda nümayişi keçirildi
30 aprel 2015 00:07 (UTC +04:00)

“Bakı-2015” I Avropa Oyunları ilə bağlı moda nümayişi keçirildi

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu və birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən ilk Avropa Oyunları ilə əlaqədar Londonda moda nümayişi keçirilib.

 

Heydər Əliyev Fondundan Lent.az-a verilən məlumata görə, Azərbaycan milli musiqisinin müşayiəti ilə keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, yerli ictimaiyyətin nümayəndələri, burada yaşayan həmvətənlərimiz iştirak ediblər.

 

Tədbir çərçivəsində “Bakı-2015” birinci Avropa Oyunlarından bəhs edən videoçarx nümayiş olunub. Sonra azərbaycanlı modelyerlər milli ornamentlərimiz və “Bakı-2015”in rəmzləri ilə bəzədilmiş geyimləri təqdim ediblər. Moda nümayişi böyük maraqla qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 127
avatar

Oxşar yazılar