“Azərbaycanda kazinoların bərpası qətiyyən mümkün deyil”. Bunu Lent.az-a açıqlamasında “Azəridmanservis” Dövlət Müəssisəsinin baş direktoru Azər Məhərrəmov deyib.
O bildirib ki, “Azəridmanservis”in bu məsələyə heç bir aidiyyatı yoxdur: “1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən kazinolara birmənalı qadağa qoyulub. Məncə, ölkəmizdə heç kəs bu məsələyə toxunmaz. O ki qaldı bizim işimizə, ancaq və ancaq idmanın inkişafına dair, idman mərc oyunları ilə bağlı hər hansı layihəni gerçəkləşdirə bilərik. Futbol, basketbol, voleybol, at yarışları - bunlar sırf idmana aiddir. Eyni zamanda biz istəyirik ki, kütlənin, insanların idmana marağı artsın. Dediyiniz mövzunun isə idman mərc oyunlarına heç bir aidiyyatı yoxdur. İnanmıram ki, gələcəkdə kazino məsələsi bu və ya digər formada bərpa olunsun”.
Qeyd edək ki, Gürcüstanda bukmeyker kontorları kazinoların təşkili ilə də məşğul olur.