“Avropa Oyunları Rioda keçiriləcək Olimpiadadan mühümdü”
18 aprel 2015 19:46 (UTC +04:00)

“Avropa Oyunları Rioda keçiriləcək Olimpiadadan mühümdü”

“İndi mənim üçün ən əsas məsələ iyunda keçiriləcək Avropa Oyunlarıdı. Bu, hətta Rioda keçiriləcək Olimpiya oyunlarından da mühümdü”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin boksçusu Teymur Məmmədov deyib.

 

London Olimpiadasının bürünc medalçısı “Baku Cristal Hall”da boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ilk qələbəsindən sonra iddialı açıqlama ilə diqqət çəkib. 91 kq çəki dərəcəsində bolqarıstanlı Kristian Dimitrovu məğlub edərək, yarımfinala yüksələn həmyerlimiz bildirib ki, iyunda keçiriləcək Avropa Oyunlarında hədəfi yalnız çempionluqdu: “Doğma vətənimdə qalib olmaq və öz ölkəmdə bayrağımızın dalğalanmasını görmək istəyirəm”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar