Madrid “Atletiko”sunun futbolçusu Lukas Ernandes azadlığa buraxılıb. Apasport.az saytının məlumatına görə, sevgilisini döydüyü üçün həbs edilən fransız futbolçu bu gün azad olunub.
Bu barədə xəbəri İspaniya mətbuatı yayıb. Yaşanan hadisədən sonra polis şöbəsinə aparılan, daha sonra isə məhkəməyə çıxarılan 20 yaşlı futbolçu sevgilisinin şikayətçi olmaması səbəbindən məhkəmə zalından azad edilib.
Məhkəmə zalından çıxan Ernandes jurnalistlərin suallarını cavablandırmadan, birbaşa şəxsi avtomobilinə əyləşərək məhkəmə binasından uzaqlaşıb.