“Atletiko” yeni qapıçı aldı
05 iyun 2014 10:58 (UTC +04:00)

“Atletiko” yeni qapıçı aldı

0

“Atletiko Madrid” klubu Tiba Kurtuanın komandanı tərk edəcəyi halda qapıda onun yerini tutacaq futbolçu tapıb. Apasport.az saytının məlumatına görə, madridlilər “Hetafe”nin 30 yaşlı qapıçısı Miqel Anxel Moyya ilə 3 illik müqavilə bağlayır.

 

Qapıçı tibbi yoxlamadan keçəndən dərhal sonra “Atletiko” ilə müqavilə imzalayacaq. Müqavilənin maliyyə tərəfi açıqlanmır. Amma İspaniya KİV-nin məlumatına görə, qapıçı ildə 3 milyon avro alacaq.

 

Moyya ötən mövsüm “Hetafe”nin tərkibində 26 oyuna çıxıb. Amma dizindən zədələnməsi qapıçının mövsümü vaxtından əvvəl başa vurması ilə nəticələnib.

 

Son 3 il ərzində “Atletiko”nun əsas qapıçısı Tibo Kurtua olub. Amma bütün hüquqları “Çelsi”nin əlində olan Kurtuanın gələcək taleyi qaranlıqdır. Gənc qapıçı özü karyerasını “Atletiko”da davam etdirmək istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1086

Oxşar yazılar