“Atletiko” və “Bakı” bu dəfə Madriddə görüşəcək
29 may 2013 13:18 (UTC +04:00)

“Atletiko” və “Bakı” bu dəfə Madriddə görüşəcək

“Atletiko” və “Bakı” klubları arasında imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq, bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək. Lent.az-ın məlumatına görə, bu barədə qol.az-a “Bakı”nın prezidenti Hafiz Məmmədov məlumat verib.

O bildirib ki, yoldaşlıq matçı bu ilin avqust ayında Madriddə baş tutacaq. H.Məmmədovun sözlərinə görə, indi görüşün dəqiq tarixinin müəyyənləşdirilməsi istiqamətində danışıqlar gedir.

Xatırladaq ki, bu komandalar arasında ilk yoldaşlıq oyunu aprelin 30-da Bakıda baş tutmuşdu.

 

# 556
avatar

Oxşar yazılar